15 Temmuz 2011 Cuma

XARICDE TEHSIL

                             XARICDE TEHSIL ALMAQ ISTEYEN GENCLERE UCUZ VE SERFELI
                        UNIVERSITETLER.

QEYD:(XARICDE TEHSIL HECDE DUSUNDUYUNUZ KIMI BAHA DEYIL HETTA  AZERBAYCANDAKI UNIVERSITETLERDEN UCUZ QIYMETE AMA TEHSIL BAXIMINDAN 10 DEFE DAHA GUCLU TEHSIL MUESSESLERI VAR. SADECE BIZIM ABUTIRIYENTLERIN MELUMATSIZLIQI BU GENCLIYIN 2 IL HAZIRLIQ ISKENCESINE MERUZ QALMASINA VE SONRA UNIVERSITETE QEBUL OLDUQDAN SONRA AZERBAYCANDAKI BERBAT TEHSILDEN DAHA DOGRU TEHSILSIZLIKDEN UMIDINI ITIRIRLER, LAKIN XARICDE ETHSIL HEM SEXSI INKISAFINIZA HEMDE KARIYERANIZA BOYUK TESIR GOSTERECEK. SADECE ARASTIRMANIZI MEN MESLEHET GORE BILEREM AMA BU BAREDE EMN OLA BILERSINIZ KI COX SEY QAZANACAQSINIZ )

Xarici universitetlərdə təhsil almaq istəyənlər təhsil dilinə mükəmməl səviyədə yiyələnməlidirlər ki təhsil aldıqda çətinlik yaranmasın. Bunun üçün kurs müyyən standartlara uyğun olaraq müxtəlif beynəlxalq dil imtahanları sertifikatları tələb etməkdədir. Bu ilk növbədə bəynəlxalq dil sertifikatlarının daha çox tələbə kütləsi tərəfindən götürülməsi ilə nəticələnir, ələxsus da TOEFL, İELTS, TESTDAF və.s. Xarici ölkələrin bir çoxunda təhsil ingilis dilində olduğundan beynəlxalq ingilis dili sertifikatları bugün daha da məhşurdur. Bu sertifikatlar müəyyən şkalada biri digərinə ekvalent hesab edilir ki bunlar universitetlər tərəfindən müəyyən edilir. Universitet və kurs seçimində bu ünsürü də nəzərə almaq çox vacibdir.

Misal üçün bəzi universitetlər TOEFL balı 92 tələb etdiyi halda IELTS ekvalenti olaraq 6.5 bal tələb edirsə, bəziləri bu şkala üzrə 7.0 bal tələb edir. Hətta universitetlər içində TOEFL balını daha yüksək və ya İELTS balını daha yüksək tələb edənlər də vardır. (Məsələn TOEFL 90 bal istədiyi halda IELTS 6.0 tələb edilməsi və ya IELTS 6.5 tələb edildiyi halda TOEFL 77-79 tələb edilməsi v.s.) Başqa bir mühüm məsələ bəzi proqramların bilinqual (ikidilli) olmasıdır. Yəni təklif edilən kurs İngilis dili ilə yanaşı başqa xarici bir dildə də fənləri təklif edir ki bəzən tələbələr diplom almaq üçün bu fənləri keçməlidirlər. Bu da bəzən müəyyən problemlərə yol aça bilir. Misal üçün hər hansı bir proqram əsas tələbi İngilis dilindən sertifikat olaraq qoyur lakin digər bir dildən (əsasən ölkənin yerli dilindən) orta bilik tələb edir.
Universitet hesab edir ki, tələbə sonuncu ilə qədər dili mükəmməl öyrənəcək və lazımı dərsləri keçə biləcək. Lakin müraciətçi tələbə bunun o qədər də fərqinə varmır və birbaşa müraciət edərək qarşıda ona qoyulacaq tələblərdən xəbərsiz olur. Bu cür proqramlara daha çox Almaniyada rast gəlmək olur.Kursun ən vacib bir neçə əlamətindən biri də keçirilmə  tərzidir.
Tələbə kursun səhər və ya axşam keçirilməsinə, həftədə neçə saat olmağına diqqət yetirməlidir. Bundan başqa proqramların bir hissəsi mübadilə də təklif etməkdədir və orda təhsil alan tələbələr digər bir xarici ölkədə bir semestr və ya bir il mübadilə tələbə kimi təhsil ala bilərlər. Bu zaman hər iki universitetin diplomunu əldə etmək üçün gərəkən şərtləri də nəzərdən keçirmək lazımdır ki, təhsil dövründə 2 diplomun olması tələbə üçün böyük bir nailiyyətdir. Yekun olaraq proqramın hansı beynəlxalq əlaqələrinin olması və yekunda vəd etdiyi iş və karyera imkanlarını da araşdırmağa dəyər çünki bu hər zaman əhəmiyyətli bir rola malikdir.



Bu yazıda Azerbaycanlı genclerin xaricde tehsil almaq imkanları barede melumat vermeye çalışacam.Belelikle başlayaq en çox Azerbaycanlı telebenin tehsil aldığı ölkeden-Türkiye
(1)Türkiyede Oxumaq

Ne üçün Türkiye?
Xaricde tehsil alan Azerbaycanlı genclerin birçoxu Türkiye universitetlerinde oxuyur.(Mis: Türkiyenin sadece bir universitetinde 350-den çox Azerbaycanlı telebe tehsil alır)Elbetteki bu ölkenin seçilmesinin sebebleri var.Evvela diger ölkelere nisbeten Azerbaycanlılar üçün (ilk ili saymasaq) dil problemi olmur.Bu ise vacib bir şeydir.Bundan elave Türkiye universitetlerinde tehsil amaq üçün girilen imtahanlar o qeder çetin deyil.Bunu orta seviyyeli fakultetler üçün deyirem.Çox yüksek ballı bölümlere girmek tebii ki daha çetindir.Coğrafi yaxınlıq ise bu ölkenin seçilmesinde bir diger faktordur.Ayrıca son zamanlar Azerbaycanda Türk litseylerinin artması da imtahanlara marağı arttırıb.Türkiyeye gelen telebelerin bir çoxunun Türk litseylerini qurtarması yeqin ki tesadüf deyil.
Türkiyede Oxumaq İmkanları

Bunun üçün Azerbaycanda 2 imtahan var.Yös(Yabancı Uyruklu öğrenci sınavı) ve TCS(Türki Cumhuriyyetler Sınavı).Bu imtahanlar arasında texminen 1 hefte vaxt olur.İkinci imtahan birinciye göre daha çetindir.Amma Yös-de kontenjan yani yer sayısı ve seçebileceyin universitet sayısı daha çoxdur.Meselen YÖS-de bir fakultete Azerbaycan üçün yalnız 2 yer ayrılıbsa YÖS-de 5-6 yer olur.Bunun yanında TCS imtahanı ile qebul olmağın başqa avantajları var.Meselen illik geliş-gediş teyyare seferi 1 defeye mexsus olmaqla pulsuzdur.Bundan elave aylıq burs(teqaüd)de alma imkanı var.Texminen 70-75 Abş dolları.Ayrıca dövlet yataqxanalarında qalmaq ve şeheriçi neqliyyat vasiteleri de pulsuzdur TCS imtahanı ile girenler üçün.
İmtahanlar Hansı Mövzuları ehate edir?
Tebii ki herkesi maraqlandıran esas mesele İmtahanlarda soruşulan suallardır.Heriki imtahan test üsulu iledir.YÖS imtahanı heril texminen aprel ayının 16 sı veya 17si olur.TCS imtahanı ise aprel ayının 22 veya 23-ü.YÖS-de evveller fen dersleri(biologiya,fizika,kimya)+riyaziyyat+Mentiq(IQ) sualları verilirdi, yaxinlarda ise YOS legv edildi onun yerine her universitetin oz sertleri oldu. bezilerine imtahansiz da qebul olmaq olur sadece attestatinizi aparirsiniz.
Türkiyede Heyat
Telebeler üçün özel ve dövlet yataqxanaları var.Evvel de dediyim kimi TCS imtahanı ile qebul olanlar üçün dövlet yataqxanaları pulsuzdur.Digerleri üçün ise texminen 20-40$ arasıdır.Özel yataqxanalar ise 200-300$ arası deyişir.Bundan başqa evlerde qalmaq da mümkündür ki bunun qiymeti de şehere göre deyişir.İstanbulda telebeler üçün uyğun 3 otaqlı evler 600$-dan başlayır.Dİger vacib mesele tebii ki teqaüd meselesidir.TCS-den girenlere dövlet 70-80$ arası teqüd verir.Amma bundan başqa xaricden gelen telebeler başbakanlık bursu da ala biler.Amma bezi iller bu mümkün olmaya bilir.Başbakanlık bursu(teqaüd) texminen illik 700$-dır.Bundan başqa özel vakıflar var ki bu qurumlar yaxşı oxuyan telebelere aylıq burslar verir.Amma bu her şeherde olmur.İstanbulda xüsusi ile bele vakıflar çoxdur.



IISVECREDE TEHSIL:Isvecrede 120-ə yaxın kollec var. Kolleclər peşəkar təhsil verirlər.

İsveçrədə universitetlər əsasən dövlət universitetləridirlər. 7 kanton (inzibati ərazi bölgüsü) universitet – Bazel, Bern, Friburq, Cenevrə, Lozan, Nevşateli, Sürix və Sant-Qallendə, 2 kanton universitet statuslu ali məktəb isə Lüsern və Luqanoda yerləşir. Bu şəhərlərdə iki politexnik məktəbləri də var.
Ən böyük ali məktəb 20 min tələbənin təhsil aldığı Sürix universitetidir. Burada xarici tələbələr 15-20% təşkil edir. Təhsil müddəti 4-6 ildir. İsveçrənin alman-dilli bölgələrindəki universitetlərdə tədris alman dilində, fransızdilli bölgədə isə fransız dilindədir. Lakin Friburq Universiteti istisnalıq təşkil edir. Belə ki, burada ikidilli tədris var. Fransız dilli universitetə daxil olmaq  (yalnız orta məktəbi bitirmək haqqında şəhadətnamənin olması və xaricilər üçün təşkil olunmuş imtahanı vermək kifayət edir) alman-dilli universitetə (rus ali məktəblərində ən az iki illik təhsil tələb edilir) daxil olmaqdan nisbətən asandır.
İsveçrənin dil məktəbləri bir neçə xarici dil: fransız, alman, italyan və ingilis dil kursları təklif edirlər. Montredəki C&L Study Centre kimi bəzi məktəblərdə paralel olaraq iki dil öyrənmək mümkündür.
İsveçrənin ali məktəb və universitetlərində tələbələrin sayı günbəgün artır. Buna görə də qəbul olmaq hər bir xarici vətəndaşa nəsib olmur. Burada tibbin hər sahəsini və farmakologiyanı oxumaq isə tamamilə qeyri-mümkündür. Səbəb boş yerin olmamasıdır.
İsveçrədə 12 universitet və ali məktəb 10 kanton universitet, 2 federal politexnik məktəb – Ecole Federale Polytechnique (EPFL) və bir neçə bu tip ali məktəb fəaliyyət göstərir. Bazel, Bern, Sant-Qalen, Sürix, həmçinin Sürixin Federal Politexnik Universiteti və Lusernin ali məktəbi Universitare Hochschule Luzern İsveçrənin alman bölgəsində yerləşirlər.
Cenevrə, Lozanna və Friburq (bəzi fənlərdə təhsil alman dilində aparılır) Neuchatel və Ecole Politechnique Federale de Lausanne İsveçrənin fransız bölgəsində yerləşirlər.
İtalyan Universiteti Luqano ölkənin italyan bölgəsində yerləşir.
Bir tədris ili 2 semestrə bölünür: qış semestri – oktyabrın son həftəsindən fevralın ortalarına qədər; yay semestri, universitetdən asılı olaraq martın/aprelin ortalarından iyun/iyulun ortalarına qədər.
Birinci akademik imtahana qədər təhsil müddəti 4-5 ildir. Tibb təhsilinə gəldikdə isə bu 6 il davam edir.
Təhsili bitirdikdə akademik sənədlər – lisenziya, diplom, doktorluq dərəcəsi verilir. Lisenziya və diplom (Bu sənədlər İsveçrədə verilir) ABŞ-da verilən “Master degree” ilə eynilik təşkil edir. Doktorluq dərəcəsinə qədər təhsilin davam etdirilməsi üçün universitetlərin çoxu namizəddə lisenziyanın olmasını tələb edir.  Qeyd olunan universitetlərdən başqa, anqlo-saks modelində özəl universitetlər də fəaliyyət göstərir ki, bu ali məktəb ocaqlarında verilən imtahanlar və təhsil hələ də dövlət tərəfindən tanınmır. Bunun üçün də, universitetlər barədə ətraflı məlumat toplayaraq doğru seçim etmək lazımdır.
Daxil olma şərtləri
Yaş: ən azı 18 yaş
Dil: İsveçrənin ali məktəb və universitetlərinə daxil olmaq üçün tədrisin keçirildiyi alman, fransız və ya italyan dilini bilmək lazımdır.
Orta məktəb haqqında Federal attestatın və ya xarici sənədin – müvafiq Universitet və ya Ali Məktəb tərəfindən tanınması vacibdir.
Mütləq müvafiq Universitetin və ya Ali Məktəbin tanıdığı orta təhsil haqqında federal attestat və ya xarici sənəd olmalıdır. Bu müvafiq universiteti müəyyən etmək üçün siz sənədi qiymətləndirən həmin seçdiyiniz Ali Məktəbə müraciət etməlisiniz./TELEBE.AZ/


NORVECDE TEHSIL: 

“Norveçdə dərsə lazım olan bir dərsliyin qiyməti isə 60 avroya çıxa bilər”


Telebe.az  Norveçin Oslo Universitetində təhsil alan İsmayıl Cəbiyevin müsahibəsini təqdim edir.
Özünü təqdim et: Norveçəgedənə qədər nə işlə meşğul olmusan, hazırda Norveçde hansı universitetdəoxuyursan?
Hal-hazırda mən Oslo Universitetində ətraf mühit və inkişaf iqtisadiyyatı üzrə maqistr proqramında təhsil alıram. İqtisadi Kibernetika ixtisası üzrə öz bakalavr dərəcəsimi Baki Dövlət Universitetində 2008-ci ildə aldım.
Norveçdə təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və hansı sənədlər tələb olunur?
Norveçdə  xüsusi ölkələr üçün Quota Scheme adlı bir təqaüd programı həyata keçirilir. Bu proqram çərçivəsində təqaüdü udan hər tələbəyə aylıq təqribən 800 avro vəsait verilir. Daha ətraflı məlumat www.lanekassen.no saytında tapa bilərsiniz. Həm də ki hər bir universitetin xarici universitetlərlə iki tərəfli müqavilələrin sıyahıları var, orda oxuduğunuz ali məktəb olmalıdır. Mən birbaşa sənədlərimi Oslo Universitetinə göndərdim, və eyni zamanda həmin təqaüdü almağa niyyətimi qeyd etdim. Mən oxumaq istədiyiniz yerə konsultasiya üçün məktub yazmağınızı məsləhət görərdim. Tələb olunan sənədlərə digər yerlərdə kimi tərcümə olunmuş diplom, qiymət kitabçası, məktəb attestatı, rəsmi məktub, layihə təklifi daxildir.
Norveç tələbələrinin oxumağa meylini necə  qiymətləndirisən?
Norveçlərin oxumağa meyli çox yüksəkdir. Bu əsasən təhsil sistemi ilə bağlıdır. Norveçdə şəxsi və müstəqil işə çox böyük fikir verilir. Baxmayaraq ki mühazirələrin və seminarların cədvəli tələbələrə müəyyən qədər boş vaxt verir, hamı əsasən bütöv gün universitetdədilər və oxu zalında oturmaqla və ya qruplarda müzakirələrlə məşğuldular.
Bu ölkədə tələblərə  hansı güzəştlər var (nəqliyyat, kitab, yemək və  s)?
Norveçdə  tələbə olmaq çoxlu güzəştlərə malik olmaq deməkdir. Nəqliyyatda tələbələr aşağı qiymətə aylıq kart ala bilər, universitet arazisində çoxlu tələbə yeməkxanaları var. Oslodaki tələbə təşkilatı SiO (www.sio.no) ucuz yataqxana yerləri təklif edir. Həkim xidmətlərinin istifadəsi də bizə asanlaşdırılıb.
Boş  vaxtlarınızda nə ilə  məşğul olursuz?
Tələbə  həyatı burda çox zəngindir. Müxtəlif açıq seminarlar, səyahətlər, idman üçün şəraitlər (əsasən qışda), pulsuz rəqs dərsləri, konsertlər mövcüddur, və kim necə istəyir öz asüdə vaxtını keçirə bilər. Biz, azərbaycanlı tələbələr də aktiv olmaq çalışırıq. Çoxlu mədəni və əyləncəli tədbirlər Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO – Norwegian Azerbaijani Youth Organization) tərəfindən keçirilir. Misal üçün 2009 ildə iyunun 13-de biz Osloda ilk dəfə olaraq Azərbaycan müsiqisinə həsr olunmuş konserti və şəkil sərgisini təşkil etdik. Osloda oxuyan tələbələri Azərbaycan haqqında məlumatdırmaq çalışırıq.
Əgər sirr deyilsə, bir günə nə qədər xərcin çıxır (yemək kitab və s)?
Unutmayın ki, Oslo 2009-ci ildə dünyanın ən bahalı şəhər kimi seçilib. Mən yataqxanada qalıram, ona görə də otağı kifayət qədər aşağı qiymətə kirayə alıram, təxminən 350 avroya. Bazarlığı isə həftədə bir dəfə edirəm, ona da hardasa 40-50 avro xərclənilir. Dərsə lazım olan bir dərsliyin qiyməti isə 60 avroya çıxa bilər, amma istifadə olunmuş dərslikləri yaxşı qiymətlərə də tapmaq mümkündür. Semestr üçün tam hazır olmağa (dəftər, qələm, dərsliklər, əlavə materiallar və s.) təxminən 200 avro ayırılır. Osloda yaşamaq baha gələ bilər, amma aldığım təqaüd bütün xərcələri ödəmək üçün kifayətdir.
Norveçdə iki tip təhsilin mövcud olduğunu bilirik. Kollec və Universitet. Azərbaycandan gedən tələbələrə  hansı təhsil növünü  məsləhət görərdin və nə  səbəbdən?
Doğrusunu desək, mən bu sistem ilə yaxşı tanış deyiləm. Kollec deyəndə  yəqin ali məktəbi (høgskolen) nəzərdə tutursunuz. Seçim ancaq ixtisas ilə bağlı ola bilər, ali məktəblər spesifik təhsil sahəsində dərs verirlər, universitetlərdə isə seçim daha genişdir.
Norveçdə təhsil norveç  dilində tədris olunur. Bu dili öyrənmək çətin deyil ki? Bir də  bu ölkədə inglis dilində  təhsil almaq mümkündürmü?
Mən  özüm ingilis dilində təhsil alıram. Norveçdə ingilis dili akademik dünyasında çox yayılmış bir dildir, və universitetlərdə çox istifadə olunur. Əsasən ingilis dilində maqistr proqramlarını tapmaq mümkündür. Norveç dili haqqında qısaca deyə bilərəm ki, onun qrammatikası asandır, amma şifahi nitq bir az qəlizdir. Alman dilini bilənlər üçün onu öyrənmək asandır.

KIPRDE TEHSIL:

ŞİMALİ KİPRDA PULSUZ TƏHSİL AL!2011 – ci il üçün Şimali Kiprdə yerləşən Girne Amerikan universiteti 30 Azərbaycan tələbəsi  üçün universitetdə güzəştli şərtlərlə təhsil imkanı verir. Bunlardan 20 pulsuz, 10 tələbə isə universitetdə yarı qiymətə təhsil ala biləcəklər. Bu qərar yalnız 2011 ci ildə universitetin bakalavr pilləsini sənəd verənlərə aiddir. Ətraflı məlumat almaq üçün 0557661009 telefon nömrəsinə zəng edə və ya mursal001@gmail.com e- mail ünvanına yaza bilərsiniz.
Universitetə qəbul olmaq üçün TQDK imtahanlarının balı tələb olunmur.
Şimalı Kiprin ən nüfuzlu universiteti haqda qısaca xülasə.
Bu Girne Amerikan universitetidir. Hazırda universitetdə 50 ölkədən tələbə təhsil alır. Təhsil sistemi sırf Amerika qaydaları əsasında qurulub. Bu da tələbələrə seçdiyi ixtisas üzrə keyfiyyətli təhsil almaq imkanı verir.
Universitetdə bir sıra fakültələr üzrə yüksək  keyfiyyətli təhsil həyata keçirilir. Bu barədə  Türkiyədə və digər xarici ölkələrdə oxuyan tanışlarınızdan soruşsanız  universitetin üstünlükləri haqda məlumat toplayacaqsınız. Əsas  üstünlükləri nəzərinizə çatdırırıq. Universiteti oxuyan tələbə təhsilini ikinci kursdan İngiltərədə və ya Sinqapurda davam etdirə bilər. Bunun üçün sadəcə fakültə üzrə məsul şəxslərə  müraciət etmək kifayət edir. Bu universitetin başqa bir özəlliyi odur ki, artıq universitetin ikinci kursunda təhsil alan tələbələr beynəlxalq şirkətlərdə işləyə bilərlər. Fakültələr haqda aşağıda ətraflı məlumat verilib.
Bakalavrda tədris olunan fakültələr
  • Biznes və iqtisadiyyat
  • Biznesin idarə olunması
  • Bank işi və maliyyə
  • Mühasibat
  • İqtisadiyyat
  • Marketinq
  • Beynəlxalq biznesin idarə olunması
  • Informasiya sistemlərinin idarə olunması
  • Beynəlxalq əlaqələr
  • Təbii ehtiyyatların idarə olunması və menecmenti
  • İctimayətlə əlaqələr
  • Jurnalistika, televiziya
  • Radio, televiziya, kinematoqraf
  • İngilis dilinin tədrisi
  • Kompüter mühəndisliyi
  • Sənayə mühəndisliyi
  • Qrafik dizayn
  • İnteryer dizaynı
  • Media dizayn
  • Psixologiya
  • Ingilis dili
  • Ədəbiyyat
  • Hüquq
  • Turizm, otel işi
  • Aviasiya (aviasiyanın təşkili)
  •  MELUMATLARI TELEBE.AZ SAYTINDAN DA TAPA BILERSINIZ.

INGILTEREDE TEHSIL:

Böyük Britaniyada ali təhsilin əsası  XII əsr, Oksford və Kembric universitetlərinin yaradılması ilə qoyulub. XIX əsrin əvvəllərinə qədər bu universitetlərdən başqa İngiltərədə universitet yox idi.
XIX əsrdə Böyük Britaniyanı əhatə etmiş sənaye inqilabı ölkəni təcrübəli idarəedicilər və başçılar yetişdirmək məcburiyyətində qoydu. Bir çox sənaye mərkəzlərində yeni universitetlər yarandı. 1836-cı ildə London universiteti, 1851-ci ildə Mançester, 1900-cu ildə Birminhem, 1903-cü ildə Liverpul, 1909-cu ildə Bristol, 1926-cı ildə Redinq universitetləri, İkinci Dünya müharibəsindən sonra isə Nottinhemdə (1948) universitetlər açıldı.
Bu universitetlərin binaları müasir olduqlarından yaxın vaxtlaradək, onları “yenilər” və ya “şüşəlilər” adlandırırdılar. 1992-ci ildə univertizasiyanın yeni dalğası 33 politexnikumun universitetlərdə dəyişilməsinin başladığı dövrə təsadüf edir.
Böyük Britaniyada köhnə universitetlərlə yenilər arasındakı fərq demək olar ki, get-gedə yox olmağa başlayır. Lakin yenə fərqlər mövcuddur. Yenilər sənaye və ticarətlə bağlı olub, öz təhsil proqramlarını sahibkarların tələblərinə uyğun olaraq qururlar. Köhnələr isə bunu yerli və milli iqtisadiyyatla əlaqələri nizamlayaraq həyata keçirmək istəyirlər. Bununla yanaşı, nəzəri fənlərə də yer verilir – fəlsəfə, ədəbiyyat, tarix, təbiət elmləri və s. Köhnə universitetlər xarici tələbələri hər zaman özlərinə cəlb etməyə çalışırlar.
Elmi dərəcələr
İngiltərədə elmi dərəcələr kursu müvəffəqiyyətlə bitirən tələbələrə verilir. Müxtəlif universitetlərin verdikləri dərəcələr formal olaraq bir-birlərindən fərqlənmirlər. Lakin təcrübədə  onların “sanballı” universitetin adından asılıdır.
İngiltərə və Uelsin universitetlərində birinci elmi dərəcələr:
BA – humanitar elmlər üzrə bakalavr
BSc – texniki elmlər üzrə bakalavr
LLB – hüquq üzrə bakalavr
BEd – pedaqoji elmlər üzrə bakalavr
Bmus – musiqi üzrə bakalavr
BM – tibb üzrə bakalavr
MA – humanitar elmlər üzrə magistr
MSc – texniki elmlər üzrə magistr
LLM – hüquq üzrə magistr
MBA – iş administrasiyası üzrə magistr
Təhsilin müddəti
Böyük Britaniyada universitetlərə tələbələr 18 yaşından başlayaraq qəbul olunur. Bakalavr pilləsi 3-4 il davam edir. Lakin elə sahələr var ki, onların öyrənilməsi üçün iş təcrübəsi də lazımdır. Bu sahələrin təhsil müddəti o birilərindən uzundur. Məsələn, dizaynerlər əvvəlcə hazırlıq kursu keçməli,  sonra əsas üçilliyi bitirməlidirlər. Tibbin stomatologiya sahəsinə və ya memarlığa yiyələnmək üçün 7 il təhsil almaq lazımdır. Magistr dərəcəsini almaq üçün isə 1 il vaxt tələb olunur.
Qəbul üçün tələblər
İngiltərə universitetlərinə qəbul üçün A-levels adlı Britaniya imtahanlarını vermək və ya Avropa proqramı üzrə İnternational Baccalaureate təhsilini bitirmək lazımdır. Xarici tələbələr üçün Foundation proqramı mövcuddur. Foundation-ın müxtəlif – biznes və iqtisadiyyatla, dizaynla, hüquqla, humanitar və texniki peşələrlə, kompüter texnologiyaları və farmakologiya ilə bağlı İngiltərənin müvafiq fakültələri üzrə tələbələr hazırlayan kursları fəaliyyət göstərir. Bu kurslar 9 ay davam edir.
Böyük Britaniya universitetlərinə qəbul olmaq üçün dilbilmə dərəcəsi belə olmalıdır:
Foundation International English Language Testing System (İELTS)     5.5 – 6.5
Bakalavr                                                                                                    6.0 – 6.5
Magistratura və MBA                                                                               6.5 – 7.0
(Qeyd: International English Language Testing System – bu test imtahanı doğma dilləri ingilis dili olmayanlar, ingilisdilli ölkələrdə yaşamaq, təhsil almaq istəyənlər üçün ingilis dilini  qavrama səviyyəsini müəyyən edən imtahandır.)
Foundation-a qəbul üçün aşağıdakı sənədlər lazımdır:
- Attestatın sürəti və ya orta məktəbdən hazırkı qiymətlər barədə arayış
- Məktəb direktorundan tövsiyə
- İngilis dili müəllimindən tövsiyə
- İELTS testlərinin nəticələri
Magistraturaya və MBA-ya qəbul üçün tələb olunan sənədlər
- Diplom (Ali təhsil)
- Diploma əlavə
- Universitetdən iki tövsiyə, MBA üçün isə peşəkarların tövsiyələri
- Xülasə
- İELTS-in nəticələri




UKRAYNADA TEHSIL:
UKRAYNADA TEHSIL HAQQI 1200 DOLLARDAN 1500DOLLARA QEDERDIR.
BURADA  KI UNIVERSITETLER HAQQINDA ETRAFLI SEKILDE ORGENMEK UCUN BEZI TEHSIL MUESSESELERI VAR . MES:AK INTER, ETS XARICDE TEHSIL PROQRAMI




6 yorum:

  1. Sadece QEYD qismini oxudum. Amma Azerbaycandaki tehsilin yetersizliyi sizin yazinizda da oz eksini tapir. Sadece QEYD qisminde alti eded orfoqrafik sehv var. Onlari duzeltseniz daha ugurlu alinar ;)

    YanıtlaSil
  2. Men xaricde tehsil almaq arzusundayam. Bir cox xaricde tehsil merkezine getmiwem,ama hec birinden duz emelli melumat ala bilmemiwem. Siz cox geniw ve etrafli melumat yazmisiz.Minnetdaram size.

    YanıtlaSil
  3. Menim orta ixtisas telebesiyem. men tehsilimi Ingilterede davam etdirmey isteyirem.sadece burda orta tehsil ve universted senedleri qebul edilir. bunu deqiqlewdirmek isteyirem bunu ece etmey olar? bundan elave ozum kompyuter mutexesisi olaraq caliwiram ixtisasimida bu sahede yoneltmek isteyirem bunu nece edeceyimi bilmirem

    YanıtlaSil
  4. Salam Bakida hal hazirda YÖS fealiyyet gosterir yoxsa yox?

    YanıtlaSil
  5. salam men turkiyede oxumaq isdeyirem imtahanlar ne vaxd kecirilir

    YanıtlaSil
  6. men sizinle nece qoruwe bilerem eqer imkaniniz olsa nomrenizi yazin eqer olmasa 0556263934 menim nomrem menimle elaqe qurun tecili lazimdi ?

    YanıtlaSil